Press "Enter" to skip to content

İlahiyyat Kollecinə qəbul

Qəbul var

BAYRAQDAR MEDİA – Bakı İlahiyyat Kollecinə (BİK) qəbul olunmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün mayın 29-dək Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi keçid vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq”.

Qeyd edək ki, bu il BİK-ə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.