BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı siyasi məhbusların barəsində aparılan məhkəmə prosesinin açıq və şəffaf şəkildə keçirilməsi tələbi ilə aksiyaya daha bir fəal qoşulub.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “sözügedən aksiyaya qoşulan fəal Azərbaycan Milli Müqavimət Təşkilatı qadın qolunun üzvü Suheyla Əzizidir”.
Suheyla Əzizi yaydığı video müraciətdə bildirib ki, “İran İslam hakimiyyəti İran toplumunu 45 ildir diktatura ilə idarə edərək millətləri basqı altında saxlayıb qeyri-qanuni yolla mühakimə edir. Milli fəallarımız türk millətinin haqq yolunda mübarizə aparır. Fəalların beynəlmiləl, qanuni hüquqa dayanan şəkildə mühakimə olunmasını istəyirik. Vəkil tutmalarına icazə verilməsini və öz haqlarını müdafiə etmək üçün söz haqqı verilməsini istəyirik”.