Press "Enter" to skip to content

Güney Azərbaycan kəndliləri həbs edildi

Kəndlilər həbs edilib

BAYRAQDAR MEDİA – Mayın 22-də Güney Azərbaycanın Həştrud (Sərəskənd) bölgəsində altı kəndli həbs edilib.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “həbs edilən 6 kəndlidən kimliyi açıqlanan beşi – Rəhmət Səidi, Cəfər Şərifi, Davud Şərifi, Hadi Şərifi və Aqil Talebi Xoca Uyğur, Bayat, Ləmşan və Xorasanlı kəndlərinin sakinləridir”.

Məlumata görə, altı kəndli Sərəskənd bölgəsində rejimə bağlı qum və çınqıl zavodlarının qaydasız fəaliyyəti nəticəsində Qaranquçayın istiqamətinin dəyişməsinə etiraz etdikləri üçün həbs edilib.

Vurğulanıb ki, zavodun fəaliyyəti kənd sakinlərinin əkin və bağ sahələrinə ciddi ziyan vurub.

Mission News Theme by Compete Themes.