Press "Enter" to skip to content

“Türklərin mirası” üçün Azərbaycanda çəkilişlər olacaq – VİDEO

Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının himayəsi ilə həyata keçirilən “Türklərin mirası” layihəsi

Son yeniləmə: 22 May 2024 11:50

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının himayəsi ilə həyata keçirilən “Türklərin mirası” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində layihə qrupu Azərbaycanda fəaliyyətə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Türklərin mirası” layihəsi 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir: “Dünyanın 53 fərqli ölkəsində həyata keçirilən layihə mədəniyyət, incəsənət, təhsil və elm kimi mövzuları əhatə edir və memarlıq nümunələrinin kollektiv inventarını çıxarmağı hədəfləyir. Layihənin baş redaktoru Prof.Dr. Osman Eravşar, koordinatoru İbrahim Divarcı və prodüser Tamer Yiğitin də daxil olduğu böyük bir heyət Bakı, Şəmkir, Qəbələ, Qobustan və Gəncədə çəkilişlər edəcək”.

Bundan əlavə, sənədli film üçün Azərbaycan alimlərindən müsahibələr alınacaq, Azərbaycan muzeylərində birgə tədqiqatlar aparılacaq.

 

Mission News Theme by Compete Themes.