Son yeniləmə: 22 May 2024 12:00
BAYRAQDAR MEDİA – Qazaxıstanın Quzey Makedoniyadakı yeni səfiri Satibaldi Burşakov etimadnaməsinin surətini xarici işlər naziri Bujar Osmaniyə təqdim edib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumatda qeyd edilib ki, nazir B.Osmani Qazaxıstanın Skopyedə səfirliyinin açılması qərarından məmnunluğunu ifadə edib və bu addımın iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildirib.
Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlərin indiyədək inkişafından məmnunluq ifadə edərək, ümumi əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialını, xüsusilə iqtisadiyyat, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.