BAYRAQDAR MEDİA – Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu mayın 22-də işini yekunlaşdıracaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Forum çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, Böyük Britaniyanın Hökumət Akademiyasının direktoru Bar Veinstein, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka Axlerova, Xarici Birlik və İnkişaf Ofisinin təhsil, gender və bərabərlik üzrə direktoru, Böyük Britaniyanın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Alisia Herbertlə görüşüb. E.Əmrullayev həmçinin Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb və onunla fikir mübadiləsi aparıb”.
Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.