Son yeniləmə: 22 May 2024 11:13
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş mayın 23-də paytaxtdakı 13 nömrəli tam orta məktəbdə olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.