BAYRAQDAR MEDİA – Mayın 22-də səhər saatlarında İranın Quçan şəhərində yaşayan türkmən sosial media fəalı Rza Bəbrnejad Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması barədə sosial media paylaşımına görə həbs edilib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “bu gün səhər saatlarında təhlükəsizlik məmurları türkmən fəalın yaşadığı evə basqın edərək onu özləri ilə aparıblar”.
Məlumata görə, türkmən fəalın qardaşı Mehdi Bəbrnejad 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyası zamanı rejimin təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Rza Bəbrnejad bundan əvvəl də dinc fəaliyyətinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.