Press "Enter" to skip to content

İranda Azərbaycanlıların milli kimliyi yenə təhrif edildi

"Türklər" sözü "Azərilər" ilə əvəz edilib...

BAYRAQDAR MEDİA – SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi helikopter qəzası qurbanları ilə bağlı yaydığı məlumatda “Türklər mükəmməl iş gördülər” başlıqlı yazısını “Azərilər mükəmməl iş gördülər” kimi dəyişdirərək azərbaycanlıların milli kimliyi ilə bağlı təhrifə yol verib.

Bu barədə xəbəri GünAz.TV yayıb.

Xəbərdə deyilir ki, “qısa müddət sonra agentlik başlığı dəyişərək “Azərilər mükəmməl iş gördülər” yazıb və türk sözünü “azəri” ilə dəyişib. Rəsmi dövlət agentliyinin azərbaycanlıların milli kimliyi ilə bağlı təhrifi güneyli internet istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb”.

Sosial media istifadəçiləri azərbaycanlıların milli kimliyinə qarşı bu qərəzli siyasəti davam etdirdiyini yazıb.

Mission News Theme by Compete Themes.