Son yeniləmə: 22 May 2024 11:51
BAYRAQDAR MEDİA – Bolqarıstan Mərkəzi Seçki Komissiyası iyunun 9-da keçiriləcək seçki ilə bağlı açıqlama yayıb.
Radio Bolqarıstan xəbər verir ki, MSK seçki günü “exit-poll”un nəticələrinin iyunun 9-u saat 20:00-dan əvvəl elan edilə bilməməsi barədə qərar qəbul edib: “MSK seçkilər başa çatmazdan öncə “exit-poll” keçirəcək seçki təşkilatlarına nəticələrin elan edilməsini qadağan edib. Seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələri səsvermə gününə 24 saat qalmışadək və bütün ölkə ərazisində səsvermənin başa çatması elan edilənədək heç bir şəkildə açıqlana bilməz”.
MSK həmçinin “exit-poll” keçirəcək təşkilatların fəaliyyəti ilə bağlı bri sıra qərarlar da qəbul edib.