Press "Enter" to skip to content

Hökumət iyunun ortalarında formalaşa bilər

Proses zamanı

Son yeniləmə: 22 May 2024 09:31

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada seçkilərdə uğur qazanan VMRO-DPMNE-nin deputatları Dövlət Seçki Komissiyasından vəsiqələrini alıblar.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, “mətbuata açıqlama verən VMRO-DPMNE-nin baş katibi Qorgiya Saykoski parlamentin ilk iclasını mayın 28-də keçirələcəyini, yeni hökumətin isə iyunun ortalarında qurulmasını gözlədiklərini deyib”.
Məlumata görə, Q.Saykoski açıqlamasında bunları deyib: “Mən Makedoniya vətəndaşlarına VMRO-DPMNE-yə göstərdikləri dəstəyə və böyük məsuliyyətə görə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istərdim ki, bu, bizim üçün böyük məsuliyyətdir. Bununla belə, onların bizə göstərdikləri etimadı doğruldacağıq”.

O da əlavə edilib ki, VMRO-DPMNE qarşıdakı dövrdə əsas diqqəti cinayət və korrupsiya ilə mübarizəyə, daha yaxşı təhsil və səhiyyəyə yönəldəcək.
.

Mission News Theme by Compete Themes.