Son yeniləmə: 22 May 2024 11:50
“BM söyləşiləri” proqramı çərçivəsindı 10-cu təqdimat olub
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycanda keçiriləcək “COP 29” qardaş Türkiyənin də diqqət mərkəzindədir. Belə ki, Divan Araştırma ve Eğitim Derneğinə bağlı olan Türk Dünyası İzleme Merkezi reallaşdırdığı “BM söyləşiləri” proqramında məhz bu mövzuda silsilə müzakirələr aparılır.
Beləliklə, “BM söyləşiləri” proqramı çərçivəsində bu həftə 10-cu tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Divan Araştırma ve Eğitim Derneğindən məlumat verilib.
Bildirilib ki, “bu dəfəki mövzu “İqlim dəyişikliyi və sağlamlıq: İqlim dəyişikliyinin Azərbaycanda insan sağlamlığına təsiri: Havanın çirklənməsi və yoluxucu xəstəliklər” olub. Nur Miraç Budakın təqdimatında iqlim dəyişikliyinin yaratdığı problemlərə toxunulub. Həmçinin iqlim dəyişikliyinin Azərbaycanda insan sağlamlığına təsiri ilə bağlı ətraflı müzakirə edilib”.
Məlumata görə, təqdimatında havanın çirklənməsinin iqlim dəyişikliyi ilə bir dövrədə olduğunu deyən N.M.Budak, Azərbaycanın Dünya Hava Keyfiyyəti Hesabatında havanın keyfiyyəti və çirklənməsinə görə dünya ölkələri arasında 52-ci yerdə qərarlaşdığını bildirib: “İqlim dəyişikliyinin Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının, içməli su ehtiyatlarının və havanın keyfiyyətinin azalması kimi mənfi təsirləri olduğu və bunun insan sağlamlığına həm fizioloji, həm də psixoloji cəhətdən mənfi təsir etdiyi vurğulanıb. O, bildirib ki, bu təsrilər nəticəsində allergik xəstəliklər, xroniki xəstəliklər, ürək-damar və tənəffüs yolları xəstəlikləri daxildir və onların nümunələri daha da arta bilər”.
Məlumata əsasən, təqdimatın sonunda N.MBudak əlavə edib ki, iqlim dəyişikliyi son illərdə dünya miqyasında epidemiyaya səbəb olan Covid-19 virusu kimi yoluxucu xəstəliklərə də təsir edir: “N.M.Budak təqdimatını Azərbaycanın iqlim dəyişikliyi çərçivəsində “yaşıl enerji” və “neytral karbon” anlayışlarının ön plana çıxdığı proqram və layihələr üzərində işini davam etdirdiyini bildirərək yekunlaşdırıb”.
📍Türk Dünyası İzleme Merkezi olarak Birleşmiş Milletler İklim Değişikliği Konferansı (COP) sunumları kapsamında "Azerbaycan'daki İklim Değişikliğinin İnsan Sağlığına Etkileri: Hava Kirliliği ve Bulaşıcı Hastalıklar" başlıklı programımız gerçekleştirdik. pic.twitter.com/y8Yo3693u5
— Türk Dünyası İzleme Merkezi (@TurkDunyasiMer) May 21, 2024