Son yeniləmə: 22 May 2024 11:56
BAYRAQDAR MEDİA – Türkmən Haşdi Şaabi üzvləri Tuzhurmatu və Əmirli ana yolunu kəsərək Haşdi Şaabi Heyətinin rəhbərinin qərarına etiraz ediblər.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, “43-cü və 16-cı Türkmən Həşdi Şabi Briqadaları Tuzhurmatu və Əmirli əsas yolunu bağlayıb və Həşdi Şabi Heyətinin rəhbəri Falih Feyyazın iki döyüş briqadasının güney bölgələrinə köçürülməsi qərarına etiraz ediblər. Etiraz aksiyasını təşkil edən üzvlər bu qərarın məntiqi bir qərar olmadığını, siyasi bir qərar olduğunu bildiriblər”.
Etirazçılar eyni zamanda, bu bölgələri terror təşkilatı DEAŞ-a qarşı müdafiə etdiklərini bəyan edib və bu qərarı qəbul edənlərin Əmirli qəsəbəsini DEAŞ-dan əvvəlki vəziyyətə gətirmək istədikləri bildiriblər.
Bundan əlavə, nümayişçilər baş nazir Məhəmməd Şia əl-Sudanidən bu qərara müdaxilə etməyi xahiş ediblər.