Son yeniləmə: 21 May 2024 11:34
BAYRAQDAR MEDİA – “Türkiyədən gələn aşpazlar yay aylarında işləmək üçün Bolqarıstanın Qara dəniz kurortlarını seçirlər”.
Bunu “Slinçev Bryaq Sahibləri Assosiasiyası”nın İdarə Heyətinin sədr müavini Yelena İvanova Radio Bolqarıstana açıqlamasında deyib.
O, qeyd edib ki, yay aylarında işləmək üçün Türkiyədən getdikcə daha çox aşpaz Bolqarıstanın Qara dəniz kurortlarına gəlir: “Otelçilər bildirirlər ki, türk aşpazlar öz bilik və təcrübələri ilə son dərəcə yaxşı hazırlanmışdırlar. Bu insanlar çox savadlı və təcrübəli insanlardır.Türkiyədə turizm üçün kadrlar hazırlamaq üçün əla məktəblər var”.