Son yeniləmə: 21 May 2024 11:40
BAYRAQDAR MEDİA – Eskişehrdə Sivrihisar Aviasiya Mərkəzində yerləşən “M.S.Ö. Hava və Kosmik Muzeyi”ni ziyarət edənlərin sayı hər gün daha da artır.
Bu məlumatı eskisehir.net saytı yayıb.
Bildirilib ki, “uçan muzey” kimi tanınan və qonaqları günü-gündən artan muzeyi ziyarət edənlər özünəməxsus bir təcrübə yaşayır: “Burada Türkiyənin ən köhnə uçan iki qanadlı təyyarəsi, dünyanın ən böyük iki qanadlı təyyarəsi, dünyanın ən məşhur helikopterlərindən biri, “Vyetnam Veteranı” kimi tanınan helikopter və s. muzeyə gələnlərin arağını çəkir”.