BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində yeni təyinatlar olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Rüstəm Rəşidoviç Talışinskiy Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktor vəzifəsinə təyin edilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzi Müşahidə Şurasının Qərarı ilə Sərdar Əjdər oğlu Əsədov Mərkəzin icraçı direktoru vəzifəsinə təyin edilib”.