Press "Enter" to skip to content

Qardaş ölkə rəhbərindən Azərbaycan Prezidentinə zəng

İlham Əliyev və Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Mayın 20-də qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, söhbət zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.

Qeyd edilir ki, Recep Tayyip Erdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə Cümhurbaşqanı bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.

Söhbət zamanı gələcək iş birliyi haqqında fikir mübadiləsi də aparılıb.

Mission News Theme by Compete Themes.