Press "Enter" to skip to content

Prezident qardaş ölkənin nazirini qəbul edib

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev mayın 21-də qardaş Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qonaq özəlliklə də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi haqqında təqdirlə danışıb.

“Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı [Özbəkistan Prezidenti] Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını dedi”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.