Press "Enter" to skip to content

Məktəblilər döyülür, Nazirlik məlumatı gizlədir

İranda şagirdlər zorakılığa məruz qalır

BAYRAQDAR MEDİA – İranın fars-molla rejimi bu dəfə də azyaşlı məktəblilərə güc tətbiq edir.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “İran məktəblərində şagirdlərə qarşı fiziki güc tətbiqi və zorakılıq halları gizli saxlanılır. İranın yerli televiziya kanallarında bir sıra yayımlar bu günlərdə məktəblərin ab-havası ilə bağlı müzakirə mövzusuna çevrilib”.

Uşaq Hüquqlarını Müdafiə Assosiasiyasının nümayəndəsi və vəkil Faizə Rzazadə zorakılıq faktlarının ictimailəşdirilməsinə icazə verilmədiyini deyib: “Son vaxtlar zorakılıq halları ilə bağlı daxil olan şikayətlərin məhkəməyə çıxarılmaması üçün insan haqları müdafiəçiləri zorakılığa məruz qalan şagirdlərin ailələrinə təzyiq göstərir”.

Məlumata görə, İranın Təhsil Nazirliyi məsələ ilə bağlı rəsmi məlumat verməkdən imtina edir, döyülən şagirdlərin statistikasını açıqlamaq istəmir.

Mission News Theme by Compete Themes.