BAYRAQDAR MEDİA – 2006-cı il may ayının 22-də yerli Azərbaycan türkləri İran hökumətinin rəsmi mətbu orqanı olan “İran” qəzetində dərc edilmiş təhqiramiz karikaturaya görə kütləvi etiraz ediblər.
Bu barədə xəbəri GünAz.TV verib.
Xəbərdə deyilir ki, “Təbriz, Urmu, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyanə, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazlarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralandı və çoxsaylı etirazçı həbs edildi”.
Vurğulanıb ki, “2006-ci ilin may hadisələri ilə əlaqədar sosial şəbəkələrdə qiyamda həlak olmuş şəhidlərin şəkli yayılır. Xaricdə yaşayan azərbaycanlılar, xüsusi ilə də milli hərəkat fəalları İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, müxtəlif tədbirlər düzənləyir və bu zəmində bəyanatlar yayırlar”.
Məlumata görə, “İran” qəzetinin karikaturasına etiraz mitinqlərində hökumət məmurlarının xalqa atəş açması nəticəsində ən azı 30 Azərbaycan türkü öldürülüb, yüzlərlə türk isə yaralanıb. Öldürülənlərdən 14 nəfərinin kimliyi dəqiqləşdirilib.
Bildirilir ki, 5 mindən artıq etirazçı güneylinin həbs olunub işgəncə gördüyü, 150 nəfərin öldürüldüyü və itkin düşdüyü, bir çox etirazçının şikəst qaldığı bəllidir.
Fars-molla rejimi etirazçıların bir qismini diri-diri yandırıb Urmu gölünə atdığından ölənlərin kimliyinin tam olaraq müəyyən olunmadığı və gizlədildiyi iddia olunur.
Rəsmi dövlət məlumatlarında isə 330 nəfərin həbs edildiyi, 4 nəfərin həyatını itirdiyi deyilib.