BAYRAQDAR MEDİA – Mayın 22-si saat 19:30-da Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə “Gənc istedadların yaz konserti” adlı musiqi proqramı təqdim olunacaq.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “konsertdə K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri tərəfindən Azərbaycan və dünya musiqisindən ifalar səslənəcək. Konsertmeysterlər Lalə Bağırzadə və İvan Çumakovdur”.