Press "Enter" to skip to content

Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Son yeniləmə: 21 May 2024 14:46

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (dim) mayın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə DİM-in yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, “mayın 26-da keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq”.

Mission News Theme by Compete Themes.