Son yeniləmə: 21 May 2024 12:02
BAYRAQDAR MEDİA – Mayın 22-də Quzey Makedoniyada beşinci və altıncı seçki dairələrinin ümumilikdə 7 məntəqəsində yenidən səsvermə keçiriləcək.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumata görə, “Avropa Cəbhəsi” koalisiyasının YSK-nın qərarlarına qarşı qaldırdığı 7 işin hamısı İnzibati Məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edildikdən sonra təkrar səsvermə barədə qərar Dövlət Seçki Komissiyası tərəfindən qəbul edilib.
Təkrar səsvermənin nəticələri partiyaların deputatlarının sayına təsir edə bilər.