Press "Enter" to skip to content

73 ildən sonra Makedoniyada bir ilk

Tədbir zamanı

Son yeniləmə: 21 May 2024 10:39

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada yeni qurulan Milli Qurum Türk Mədəniyyət Mərkəzi Skopyenin tarixi binalarından biri olan Davut Paşa Hamamında “Makedoniya-Türk Rapsodiyası” adlı konsert təşkil edib.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, “konsertdə Makedoniyanın ustad sənətkarlarından Cengiz İbrahimin rəhbərlik etdiyi orkestr doğu və batı musiqisini sintez edərək yaratdığı repertuarı iştirakçılara təqdim edib.

Məlumata görə, konsertin açılışındakə çıxışında Milli Qurum Türk Mədəniyyəti Mərkəzinin Nazirlər Şurasının 29 mart 2023-cü il tarixli qərarı ilə yaradıldığını xatırladan Nebahat Ruşid, düz bir il əvvəl, yəni 18 may 2023-cü ildə bu qurumun müdir əvəzi təyin edildiyini bildirib.

Çıxışına davam edən N.Rüşid bildirib ki, bütün çətinliklərə qalib gələrək nə qədər əzmkar və güclü olduqlarını göstəriblər: “Türk Mədəniyyət Mərkəzi Milli Qurumunun ideyası ilk dəfə irəli sürüləndə çoxları bu layihənin reallaşa biləcəyinə şübhə ilə yanaşırdı. Ancaq hər hekayədə olduğu kimi burada da görünməyən qəhrəmanlar var və onlar bu prosesdə heç vaxt təslim olmadılar. Onlar hər cür çətinliklərin öhdəsindən gələrək 73 ildən sonra Makedoniyada yaşayan türk xalqına milli qurum və mədəniyyət mərkəzi gətirdilər. Bu prosesdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm”.

Mission News Theme by Compete Themes.