Son yeniləmə: 20 May 2024 10:10
BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 24-də saat 09:00-da Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax rayonu və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 20-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-377-84-97) müraciət edə bilərlər”.
Məlumata görə, qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar: “Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.