Son yeniləmə: 20 May 2024 16:07
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl CabbarovTacikistanınsənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 20-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə qeyd olunub ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, işgüzar əlaqələr ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsində mühüm rol oynayır. Bildirilib ki, Tacikistanla energetika, alüminium sənayesinin inkişafı, aqrar, tekstil sahələrində birgə fəaliyyətin dəstəklənməsi əhəmiyyət kəsb edir.
Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.