Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan 14 məhkumun cəzasını ləğv edib

Recep Tayyip Erdoğan

Son yeniləmə: 20 May 2024 09:11

BAYRAQDAR MEDİA – “Türkiyədə “28 fevral işi” üzrə mühakimə olunan keçmiş generallar Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erolun daimi xəstəlik və qocalıq səbəbilə cəzalarının qalan hissəsi ləğvi edilib. Bununla bağlı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladığı qərar Reəsmi Gazetede dərc olunub.

Məlumatı Anadolu Ajansına istinadən haber1.com saytı yayıb.

Məlumata görə, məhkumlar Hacı Sülük, Ali Efteraslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmazın cəzaları da eyni səbəblərdən əfv edilib.

Mission News Theme by Compete Themes.