Son yeniləmə: 20 May 2024 10:31
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada keçirilən son parlament seçkilərindən sonra hökumətin qurulması üçün koalisiya danışıqları davam edir.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “ən çox səs toplayan və mandata sahib olan VMRO DPMNE Alban müxalifət kolasiyası VLEN ilə yeni hökumətin qurulması üçün danışıqları davam etdirir. VLEN-in prezidentliyə namizədi və Qostivar Bələdiyyə Başçısı Arben Taravari, mövzu ilə bağlı verdiyi açıqlamada VLEN-in parlament sədri və 6 nazirə sahib olacağını söyləyib”.
Məlumata görö, o, bildirib ki, koalisiyaya daxil olan nazirlər, eləcə də digər məmurlar öz sahələrində mütəxəssis olan kadrlar olacaq. A.Taravari yeni hökumətin iyunun əvvəlində formalaşacağını gözlədiyini də bildirib.