BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev mayın 20-də Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Növbəti Sərəncamla Prezident Şahin Bayramovu yeni qurulmuş Xankəndi mərkəzli Qarabağ Universitetinin rektoru təyin edib.