Press "Enter" to skip to content

Klinik Xəstəxanada ilk dəfə bu əməliyyat uğurla icra olundu

Uğurlu əməliyyatın ardından

BAYRAQDAR MEDİA – Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya mayın 20-də TƏBİB-dən verilib.

Bildirilib ki, “59 yaşlı xəstə üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb”.

Vurğulanıb ki, “10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib. Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib”.

Hazırda xəstənin müalicəsi davam etdirilir, vəziyyəti sabit olaraq qiymətləndirilir.

Mission News Theme by Compete Themes.