Press "Enter" to skip to content

Kitab tanıtma: “Qədim roman dilləri”

Qədim roman dilləri

Son yeniləmə: 20 May 2024 17:24

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın “Qədim roman dilləri” kitabı da var.

Dərs vəsaiti bu sahədə ali məktəblərin tələbələri üçün nəzərdə tutulan ilk vəsaitdir. Burada romanistikanın ən aktual məsələləri nəzərdən keçirilir, mövcud dərsliklərə və digər mənbələrə əsaslanaraq qədim itali – roman dillərinin xüsusiyyətləri açıqlanır, tədris prosesində ondan istifadə qaydaları, üsulları göstərilir. Dərs vəsaitindən bu problemlərlə maraqlanan tələbələr, magistrlər və müəllimlər, eləcə də roman dilləri ilə, hind-Avropa dilləri ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə nəşr edilmiş kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının professoru, filologiya elmləri doktoru Əbülfəz Rəcəbli, rəyçiləri isə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, Prof. Aslan Məmmədli və BDU-nun Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Cavanşir Muradovdur.

Mission News Theme by Compete Themes.