Son yeniləmə: 20 May 2024 09:27
Kərkükdəki Qapalı Çarşıda baş verən yanğınla bağlı dərhal araşdırılma başlanmalıdır
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi Kərkükün Tarixi Qapalı Çarşısındakı Kırdar Handa baş verən yanğınla bağlı ikinci açıqlama yayıb.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, açıqlamada, “mayın 17-də Kərkük Polis Komandanlığına daxil olan kəşfiyyat məlumatında bir qrup qeyri-qanuni şəxsin Kərkükün müxtəlif bazar ərazilərində yanğın törətmək niyyətində olduğu, lakin bu kəşfiyyat məlumatının qiymətləndirilmədiyi bildirilib. Həmçinin, mayın 19-da baş verən yanğın hadisəsi ilə bağlı əvvəldən hər hansı tədbirləri görülmədiyi, Kərkük Polis Komandanlığının təhlükəsizlik təmini məsələsində hər hansı addım atmadığı vurğulanıb.
Məlumata əsaəsn, açəıqlamada, həmçinin deyilir: “Terrorçu qruplaşmalar bu cür hərəkətlər edərək şəhərdə təhlükəsizliyi, əmin-amanlığı və sabitliyi pozmaq niyyətindədirlər. Buna görə də İTC olaraq baş nazir və daxili işlər nazirindən bu hadisənin dərhal araşdırılmasını, cinayətkarların tutulmasını, biznesmenlərə dəymiş maddi zərərin ödənilməsini və müvafiq təhlükəsizlik qüvvələrinin buna görə cəzalandırılması tələb edirik” deyə bildirilib.