BAYRAQDAR MEDİA – Tehranda yaşayan Güney Azərbaycanlı fəal Behnam Şeyxi Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə iki illik sürgünə göndərilsə də məhkəmə orqanları onun qaydaları pozduğunu iddia edərək sürgün cəzasını 6 ay artırıb.
Bu barədə xəbəri GünAz.TV Behnam Şeyxinin sosial media paylaşımına istinadla verib.
Xəbərdə deyilir ki, “Behnam Şeyxi 2016-cı ildə “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup yaratmaqda iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki illik sürgün cəzasına məhkum edilib. Ancaq bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 illik həbs və 2 illik sürgünə endirilib”.
Qeyd edək ki, Behnam Şeyxi 2020-ci il iyulun 21-də həbs olunsa da həbs müddətinin 1 ilini cəzaçəkmə müəssisəsində çəkdikdən sonra iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılmışdı.