Son yeniləmə: 20 May 2024 15:03
BAYRAQDAR MEDİA – 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı Eskişehirdə də böyük coşqu ilə qeyd edilib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “bayram tədbirləri çərçivəsində Eskişehir Böyükşəhər Bələdiyyəsinin Adalar Porsuk Bulvarında təşkil etdiyi “Gənclik və idman küçə festivalı” böyük marağa səbəb olub. Festival çərçivəsində bulvarda stendlər qurulub, müxtəlif idman meydançaları yaradılıb.
Gənclərin böyük marağına səbəb olan tədbirlərdə rəngarəng görüntülər ortaya çıxıb”.
Məlumata görə, Bələdiyyə başqanı Ayşe Ünlüce festivalda gənclərlə bir araya gələrək bayramlarını təbrik edib: “Bələdiyyə sədri festival zamanı böyük maraqla qarşılanan və gəncləri müxtəlif oyunlarda, xüsusilə stolüstü tennisdə gəncləri müşayiət edib, onlarla şəkil çəkdirib”.