BAYRAQDAR MEDİA – Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin təşəbbüsü ilə “Bir ürək sevindirək!” adlı xeyriyyə yarmarkası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “kollecin II korpusunda (Bakı şəhəri Yəhya Bakuvi küçəsi 14A) təşkil olunacaq yarmarkada təhsil müəssisəsinin Sosial iş ixtisası tələbələrinin hazırladığı yemək və əl işlərinin satışı, eyni zamanda əyləncəli proqram təqdim ediləcək”.
Qeyd edək ki, satışdan əldə olunan gəlir sosial təminatı aşağı olan tələbələrə sərf ediləcək.