Press "Enter" to skip to content

Azərbaycan-Tacikistan biznes forumu

Tədbir zamanı

Son yeniləmə: 20 May 2024 15:09

BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ay mayın 20-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Ölkələrimiz istər ikitərəfli və çoxtərəfli formatda, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. Tacikistanla iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 78%artıb. Bu göstəricinin daha da yüksəldilməsi üçün geniş imkanlar var.Bununla yanaşı, yüngül sənaye, kimya sənayesi, dağ-mədən sənayesi və digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün potensial böyükdür”.

Qeyd eilib ki, forumda Azərbaycanın əlverişli işgüzarmühiti, nəqliyyat-logistika potensialı,işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələrbarədə məlumat verilib: “Həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub. Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkələrimizin biznes qurumlarının iştirakı ilə keçirilən bu cür forum və tədbirlərin işgüzar dairələr arasında səmərəli işbirliyininqurulması baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanla iqtisadi-ticarət münasibətləri və investisiya tərəfdaşlığının inkişaf etdirilməsi haqqında fikirlərini bildirib”.

Məlumatda daha sonra deyilir: “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Raximzoda,Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktoru Baxriddin Sirocidinzoda Azərbaycan və Tacikistanın biznes və investisiya mühiti, işbirliyinin müvafiq istiqamətlər üzrə inkişaf etdirilməsi imkanları və istiqamətləri barədə çıxış ediblər. Tədbirdə, həmçinin ölkələrimizin investisiya imkanlarına dair təqdimatlar olub. Forumda iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Tədbir çərçivəsində B2B formatda görüşlər keçirilib”.

Mission News Theme by Compete Themes.