Son yeniləmə: 17 May 2024 07:27
BAYRAQDAR MEDİA – Krım Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyi və Krım Ailəsi 18 May 1944-cü ildə Krım Tatar Sürgününün və Soyqırımının ildönümündə Xaricdəki Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) dəstəyi ilə anma proqramı təşkil edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “mayın 17-də YTB-nin ev sahibliyi ilə “1944 Krım Tatar Sürgününün 80-ci İldönümünü Anma və Krım Tatar Çalıştayının Açılış Proqramı” olacaq. Yerli vaxtla saat 11:00-da YTB Konfrans zalında keçiriləcək tədbirdə açılış nitqləri olacaq”.
Məlumata görə, proqram çərçivəsində Krım Tatar Mədəniyyət və İncəsənət Sərgisi də olacaq. Proqram çərçivəsində axşam namazından sonra Ankara Hacı Bayram Vəli məscidində sürgündə həyatını itirənlər üçün dualar da oxunacaq.