Son yeniləmə: 17 May 2024 19:10
BAYRAQDAR MEDİA – Mayın 16-da Güney Azərbaycan əyalətinin Urmu şəhər cəzaçəkmə müəssisəsində qadın məhbusların saxlanıldığı bölmədə etiraz aksiyası keçirilib.
Bu barədə xəbəri GünAz.TV İranın insan haqları təşkilatına istinadla verib.
Xəbərdə deyilir ki, “aksiya 54 yaşlı Pərvin Musəvi adlı məhkumun edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürülməsinə etiraz olaraq başlayıb”.
Vurğulanıb ki, “əslən Şərqi Azərbaycanın Marağa şəhərindən olan və uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı məhkumun öz vəsaiti hesabına dərman və müalicə almaq imkanı olmadığı üçün ölümcül vəziyyətdə olduğu bildirilir. O, 5 il əvvəl həyat yoldaşı ilə birgə narkotik maddələrlə bağlı saxlanılıb”.