BAYRAQDAR MEDİA – Türkiyədə ənənəvi olaraq qeyd olunan 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı Azərbaycanda da müxtəlif tədbirlərlə qeyd edilir. Belə tədbirlərdən biri də mayın 17-də UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fakültədən məlumat verilib.
Məlumata əsasən, fakültədə Azərbaycan və Türkiyə Gəncləri Dostluq Cəmiyyəti ilə birgə gənclər festivalı keçirilib.
Məlumatda deyilir ki, festivalda Türkiyənin Azərbaycandakı səfirliyin müşavirləri, UNEC-in prorektoru Səadət Qəndilova, dekanlar, akademiklər, Azərbaycan-Türkiyə Gənclər Dostluq Cəmiyyətinin bəzi üzvləri, qonaqlar və tələbələr iştirak ediblər: “Mərasimdə TUDUFAK dekanı Prof. Dr. Mehmet Yüce 19 May Atatürkü Anma Gənclik və İdman Bayramının mənası və əhəmiyyəti haqqında məlumat verib. M.Yüce, çıxışında “Birinci Dünya müharibəsində bir çox cəbhələrdə vuruşaraq böyük itkilər verən və Mondros sülh sazişi ilə ölümə məhlum edilən məhkum edilən türklüyün dirəniş hərəkatını başlatmaq üçün Qurtuluş Savaşına başlayan Mustafa Kamal Atatürk və dostları türk millətinə olan inanclarında nə qədər haqlı olduqlarını bir daha göstərdilər. Çünki türk milləti ac yaşayır, amma azadlıqsız yaşaya bilməz”deyib. O, qeyd edib ki, bu mübarizənin başlanğıc tarixi olan 19 mayı Mustafa Kamal Atatürk “Gənclik və İdman Bayramı” elan etdi və bu şüurun gənclərlə birlikdə əbədi olmasını istədi”.
Məlumata görə, tədbirdə həmçinin prorektor Səadət Qəndilova, Türkiyə Cümhuriyənin Azərbaycandakı mədəniyyət müşaviri Prof. Dr. Muhittin Macit, Azərbaycan və Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Hakan Seyhan da çıxış edib.
Festival konsert proqramə ilə davam edib.
Mərasimin sonunda tələbələrə türk mətbəxindən yeməklər və şirniyyatlar təqdim olunub.