Press "Enter" to skip to content

Naxçıvan “ASAN xidmət”in 1 illik hesabatı

ASAN xidmət

BAYRAQDAR MEDİA – Naxçıvan şəhər “ASAN xidmət”ə 1 il ərzində 422 mindən çox müraciət olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılışı 18 may 2023-cü ildə baş tutub. Həmin ilin 22 may tarixində isə mərkəz fəaliyyətə başlayıb. “ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. 1 hektar ərazidə inzibati bina və yerüstü avtomobil dayanacağı yaradılıb”.

Vurğulanıb ki, “əsasən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan ümumilikdə 465 mindən çox vətəndaşa xidmət edən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.1 il ərzində Naxçıvan regional “ASAN xidmət” mərkəzində 422 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir”.

Mission News Theme by Compete Themes.