Son yeniləmə: 17 May 2024 15:07
Mobil operator voleybol üzrə milli komandalara Qızıl Avropa Liqasında uğurlar arzulayır
BAYRAQDAR MEDİA – “Nar”ın da tərəfdaşı olduğu Azərbaycan Voleybol Federasiyasının (AVF) qadın və kişi voleybolçulardan ibarət yığma komandaları mayın 17-də Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. AVF-in etibarlı rabitə tərəfdaşı olan “Nar” hər iki milli komandamıza uğurlar arzu edir.
BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilir ki, qadın və kişi voleybolçulardan ibarət milli komandalar Qızıl Avropa Liqası çərçivəsində biri ölkəmizdə olmaqla, üç turda mübarizə aparacaq. Kişilərdən ibarət millimiz ilk oyununa 17-19 mayda doğma meydanda çıxacaq: “Qadınlardan ibarət yığmamız isə üçüncü tura 31 may-2 iyun tarixlərində Azərbaycanda yekun vuracaq. Ölkəmizdə baş tutacaq turun oyunlarını Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzindəizləyə bilərsiniz. Voleybol da daxil olmaqla, müxtəlif idman növlərinə marağın artırılmasına dəstək olan “Nar” ölkəmizdə sağlam həyat tərzini təbliğ edir. Mobil operatorun həyata keçirdiyi digər faydalı sosial layihələr haqqında burada tanış ola bilərsiniz”.