BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Lənkəran Dövlət Universiteti, həmçinin Sosial və Aqrar-Texnoloji Kolleclə birgə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirib.
Bu barədə xəbər sözügedən Xidmətdən verilib.
Xəbərdə deyilir ki, “tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı ali məktəbin müəllim və tələbələri, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib. Mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Daha sonra “Azərbaycan bayrağı” ordenli Sulduz Həbibov 44 günlük Vətən Müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb. Tədbirin sonunda tələbələr tərəfindən səhnələşdirilən, zərərli vərdişlərin ailələrə vurduğu ziyandan bəhs edən kiçik tamaşa nümayiş olunub”.