Press "Enter" to skip to content

Eskişehirdə Krım Mədəniyyət Parkı

Krım mədəniyyət parkı

Son yeniləmə: 17 May 2024 13:56

BAYRAQDAR MEDİA – Eskişehirdə, Odunpazarı Bələdiyyəsi tərəfindən Krım tatar xalqının Krımdan deportasiya və ayrılmasının ildönümündə “Krım mədəniyyət parkı və xatirə abidəsi” açılacaq.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “parkın açılışı mayın 18-də saat 17:30-da olacaq. Əsrlər boyu böyük zülm nəticəsində Krım yarımadasından qovulan və soyqırıma məruz qalan Krım tatarlarının azadlıq mübarizəsinin xatirəsinə inşa edilən parkın sahəsi 4750 m2-dir. Parkda Krım tatarları üçün əhəmiyyət kəsb edən insanların abidəsi var. Parkda həmçinin dekorativ hovuz, uşaq meydançası, çay bağçası, gəzinti yolları, oturma yerləri və fitnes meydançaları var”.

Məlumata görə, bu parkın Krım tatarlarının tarixi və mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.