Press "Enter" to skip to content

Diqqət yenidən FETÖ-yə yönəlib

Dos. Dr. Fatih Çağatay BAZ

Son yeniləmə: 17 May 2024 10:55

Dos.Dr. Fatih Çağatay Baz: Devlet Bahçelinin də bəyan etdiyi kimi bu günlərdə daxili işğal cəbhəsində toplanmış, polis və ədliyyə daxilində yuva qurmuş alçaq və kripto qrupları yenidən Türkiyə ilə bağlı qaranlıq planlar qururlar

BAYRAQDAR MEDİA – “Daxili İşlər Nazirliyində araşdırılan dosye çərçivəsində Ayhan Bora Kaplan işi ilə bağlı Ankarada 3 polis məmurunun saxlanılması prosesi Türkiyə gündəmində yerini alıb. Saxlanılan Kaplanın qohumu olduğu deyilən şəxs gizli şahid olub, daha sonra siyasi xadimlərin də dosyeyə daxil olması üçün yönləndirildiyini iddia edib. Ev dustaqlığında olan müttəhimlərin xaricə qaçması, telefon qeydləri və nəhayət polis rəislərinin evlərində axtarışların aparılması xəbəri hazırda Türkiyənin siyasi gündəmində əsas məsələlərdən biri kimi ön sırada dayanır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos.Dr. Fatih Çağatay Baz deyib.

Xatırladaq ki, Türkiyənin paytaxtı Ankarada “Ayhan Bora Kaplan” istintaqı çərçivəsində daha 4 nəfər saxlanılıb. Cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən 3 polis rəisi və Ankara Polis İdarəsinin 1 komissarı həbs olunub. Onu da qeyd edək ki, MHP-nin genel başqanı Devlet Bahçelinin dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib. Bütün bu hadisələr isə diqqəti yenidən zaman-zaman Türkiyə dövlətini ələ keçirmək istəyən FETÖ və “Nurçu-Okuyucu”lara yönəldib.

Dos. Dr. Fatih Çağatay Baz əlavə edib ki, bütün bu hadisələrdən sonra MHP lideri Devlet Bahçeli partiyanın qrup toplantısında açıqlama verib: “Bilge lider açıqlamasında bu vəziyyətin bir neçə polis rəisinin vəzifədən uzaqlaşdırılması ilə həll edilə bilməyəcəyi bir sui-qəsd olduğunu vurğuladı. Ayrıca TBMM-dəki qrup toplantısında D.Bahmeli “17-25 polis və ədliyyə ortaqlı çevriliş cəhdinin təkrarını planlaşdıranlara boyun əysək boynumuz qırılsın” dedi. Məhz D.Bahçelinin bu xəbərdaqlığından sonra Ankarada diqqətçəkən toplantı keçirildi.Cumhurbaşkanı Recep Tayyip Erdoğan, MİT başqanı İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunç ilə bir araya gəldi. Artıq proses dərindən araşdırılmaqdadır”.

Müsahibimiz qeyd edib ki, məsələnin kökündə olduqca təhlükəli məqamlar dayanır: “Devlet Bahçeli bunu MHP və AK Parti ittifaqına, “Cühmur İttifaqı”na qarşı sui-qəsd kimi qiymətləndirdi. Bununla yanaşı, bilge lider Türkiyədə polis və məhkəmə orqanları vasitəsilə qaranlıq əməllərini reallaşdırmaq istəyənlərə 2016-cı il, iyulun 15-nə keçən gecəyə baxmağı məsləhət gördü. Devlet Bahçeli sərt şəkildə “Bizi incitməsinlər, səbrimizi daşırmasınlar” dedi. Devlet Bahçelinin də bəyan etdiyi kimi bu günlərdə daxili işğal cəbhəsində toplanmış, polis və ədliyyə daxilində yuva qurmuş alçaq və kripto qrupları yenidən Türkiyə ilə bağlı qaranlıq planlar qururlar”.

Dos.Dr. Fatih Çağatay Baz deyib ki, Devlet Bahçelinin çağırışına ciddi reaksiya verilib: “Artıq diqqət yenidən FÜTÖ-yə yönəlb. Daxili işlər naziri Ali Yerlikaya da açıqlamasında “kim terror təşkilatları və onların uzantıları, mütəşəkkil cinayət təşkilatları ilə əlbir olub, sosial media tərəfindən dəstəklənən FETÖ taktikası ilə Cümhurbaşqanımıza, hökumətimizə və siyasətçilərimizə “oyun” qurmağa çalışırsa biz onların oyunlarını və qurduqları tələləri məhv edəcəyik” deyib. Nazir, həmçinin mülki müfəttişlərin qısa müddətdə atılan hər addımı və telefon qeydlərini araşdıracaqlarını, hazırlanan hesabatı tam təfərrüatı ilə ictimaiyyətlə bölüşəcəklərini bildirib. Hesab edirəm ki, bu müsbət gəlişmədir. Eyni zamanda, məsələnin daha da dərindən araşdırılması vacibdir”.

Mission News Theme by Compete Themes.