Press "Enter" to skip to content

Denizlidə əsrlik markanın 71 illik fabriki bağlanıb

Son yeniləmə: 17 May 2024 13:49

BAYRAQDAR MEDİA – 1993-cü ildə qardaşların ayrılmasından sonra Denizlidə qurulan “Yeni Zafer Meşrubat” bağlanıb.

Bu barədə denizli24haber.com saytı məlumat verib.

Bildirilib ki, “şirkətin İstiqlal küçəsində yerləşən fabrikinin qapısı bağlanıb. Yeni Zafer adı ilə istehsal olunan məhsullar artıq Kayıhanda Zafer markası ilə istehsal olunacaq”.

Məlumata görə, 1930-cu ildə Mustafa Lütfi Özdəmir və böyük qardaşı Selaheddin Özdemir tərəfindən Denizlidə istehsala başlayan Zafer Meşrubat 1940-1950-ci illər arasında şəhərin müxtəlif yerlərində “Ümit, Yeşil Denizli, Lütfi Özdemir” markaları ilə sərinləşdirici içkilər istehsal edib. Lakin sonrada fikir ayrılıqlarına görə şirkət bölünüb: “1993-cü ildə Yeni Zafer Meşrubat adı ilə yeni bir şirkət quruldu və Kayıhandakı fabrikdə Zafer Gazöz istehsal olunmağa başladı. İndi isə 1953-cü ildə açılan fabrikin qapısı 71 ildən sonra qıfıllanıb. Burada istehsal edilən Yeni Zafer qazozun artıq istehsal olunmayacağı və məhsulların köhnə Zafər kimi tanınan Kayıhanda yerləşən “Zafer Gazoz” istehsal müəssisələrində bu marka ilə istehsal ediləcəyi öyrənilib”.

Mission News Theme by Compete Themes.