Press "Enter" to skip to content

“Baku EduEXPO-2024” keçiriləcək

24-25 may tarixində Bakıda növbəti dəfə “Baku EduEXPO” `Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək

Son yeniləmə: 17 May 2024 10:55

“Yaşıl dünya naminə öyrənək”` şüarı ilə keçiriləcək sərgi-satış yarmarkasında 8 minə yaxın ziyarətçinin iştirakı gözlənilir

BAYRAQDAR MEDİA – “24-25 may tarixində Bakıda növbəti dəfə “Baku EduEXPO” `Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasından (KOBSKA) məlumat verilib.

Bildirilib ki, “KOBSKA 2022-ci ildə “Gələcəyini inşa et” şüarı ilə ölkənin ən böyük təhsil tədbirlərindən biri təşkil etdi. Təşkilat 24-25 may tarixində isə “Yaşıl dünya naminə öyrənək”` şüarı ilə daha bir festival keçirir.

Məlumata görə, Təhsilin İnkişafı Fondu (TİF) və KOBİA-nın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi-satış yarmarkasının əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır: “KOBSKA və “Baku Design Academy”nin birgə təşkilatçılığı ilə olacaq sərgidə 8 minə yaxın (məktəbli, tələbə, valideyn, müəllim və s.) ziyarətçinin iştirakı gözlənilir. Sərgidə xarici dil kursları və imtahan mərkəzləri, psixoloji xidmət göstərən mərkəzlər, universitetlər, yerli və beynəlxalq özəl məktəblərin təmsilçiləri, xaricdə təhsil xidmətləri göstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçaları, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aid şirkətlər təmsil olunacaq. Sərgi-satış yarmarkasında müxtəlif təhsil xidmətləri ilə bağlı məlumatlar əldə etməklə yanaşı, tədbirə özəl hazırlanmış endirimlər və xidmətlər ziyarətçilərə təqdim olunacaq. Tədbir festival xarakterlidir və müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq”.

İştirak üçün buradan qeydiyyatdan keçmək olar. https://edu.kobska.az/sergiye-qatil

Mission News Theme by Compete Themes.