Bu təhsil ocağında 19 May – Atatürkü Anma, Gənclik və İdman Günü münasibəti ilə tədbir keçiriləcək
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi mayın 19-u qardaş Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü kimi qeyd olunur.
Hər il istər Türkiyədə, istərsə də xaricdə bu gün münasibətilə bir çox tədbirlər keçirilir.
19 May – Atatürkü Anma, Gənclik və İdman Günü Azərbaycanda da yüksək çoşqu ilə qeyd edilir. Bu dəfə də ənənəyə sadiq qalınacaq.
Bu tarixi gün münasibətilə ilə tədbirlərin biri isə mayın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində keçiriləcək.
Liseydən verilən məlumata görə, saat 09:00-da başlayacaq tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Dos.Dr. Cahit Bağcının da iştirakı gözlənilir.
Qeyd edilib ki, liseyin həyətində keçiriləcək tədbir sayğı duruşu və iki qardaş ölkənin dövlət himnlərinin oxunması ilə başlanacaq.
Daha sonra isə Liseyin şagrdlərinin ifasında müxtəlif idman hərəkətləri və musiqi nömrələri təqdim ediləcək.