Press "Enter" to skip to content

Baba Vəziroğlu təltif edilib

Təltifdən sonra xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycanın bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “təltif edilənlər arasında tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da var. Mayın 16-da Mədəniyyət Nazirliyində yubiley medalı şairə təqdim edilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ədib və şairlərin yaradıcılığını yüksək qiymətləndirib, onlara diqqət və qayğı göstərib. Ulu öndərin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri qayğı ilə əhatə olunublar. B.Vəziroğlunun yaradıcılığı da Azərbaycan dövləti tərəfindən həmişə qiymətləndirilib. O, bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb”.

Şair yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, H.Əliyev kimi bir dahi şəxsiyyətin adı ilə bağlı təltifə layiq görülməsindən böyük məmnunluq hissi keçirdiyini ifadə edib.

Sonra yubiley medalı və vəsiqəsi şairə təqdim edilib, xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.