Son yeniləmə: 17 May 2024 10:55
Mutlu Kılıçarslan: Həm səfərin reallaşmasına, həm də gözəl, yaddaqalan bir səfər proqramının hazırlanmasına görə Arzu Bağırovaya, onun rəhbərlik etdiyi RHİMİB-ə, həmçinin onun gözəl, işgüzar və türk dünyası sevdalısı komandasına təşəkkür edirəm
BAYRAQDAR MEDİA – “Azərbaycanda olmaq, özü də belə bir önəmli layihənin icraçısı üçün qardaş ölkəyə səfər etmək olduqca qürurverici və sevinclidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kırşehir Şehit Aileleri Sosyal Yardımlaşma ve Dayanışma Derneği Başkanı Mutlu Kılıçarslan dedi.
Xatırladaq ki, qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib. Mutlu Kılıçarslan ın rəhbərlik etdiyi heyət səfərin ilk günündən etibarən bir sıra görüşlər keçirib ki, burada da ev sahibi kimi ön sırada olan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) xüsusi rolu var. Arzu Bağırovanın rəhbərlik etdiyi RHİMİB səfərin yaddaqalan olması üçün bütün addımlar atıb.
Mutlu Kılıçarslan qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat Türkiyə Daxili İşlər Nazirliyinə bir layihənin maliyyələşdirilməsi ilə bağlı müraciət edib və müsbət cavab alıb. “Qafqaz İslam Ordusunun izi ilə” adlı layihənin məqsədi 2 qardaş xalqın şəhid ailərini bir-birilə görüşdürmək və təmasları genişləndirməkdir: “Məqsədimiz Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlib, bu torpaqlaırn azadlığı uğrunda şəhid olan qəhrəmanlarla bağlı tarixi müasir insanlara, xüsusilə də şəhid ailələrinə, bu ailələrdə böyüyən uşaq və gənclərə çatdırmaqdır. Onu da deyim ki Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlib şəhid olanlar arasında Kırıkkalenin də 34 övladı da olub. Bir sözlə, bu layihədə məqsədimiz Azərbaycanın müxtəlif yerlərində olan türk şəhidliklərin məzarlarını ziyarət etməklə həmin şəhidlərin də ruhlarını şad etmək, eyni zamanda Türkiyə və Azərbaycandakı şəhid ailələrini bir-biriylə görüşdürmək, onlar arasında bir körpü rolunu oynamaqdır”.
Açıqlamasında Arzu Bağırovaya və onun rəhbərlik etdiyi RHİMİB-ə xüsusi təşəkkür edən Mutlu Kılıçarslan dedi: “Biz layihəni hazırlayarkən Azərbaycana səfər etməyi nəzərdə tutmuşduq. Lakin bu səfərin necə reallaşacağı ilə bağlı ilk vaxtlar ortada konkret bir fikir yox idi. Çox sağ olsun, Arzu xanım bu işdə bizə yaxından dəstək oldu. Həm səfərin reallaşmasına, həm də gözəl, yaddaqalan bir səfər proqramının hazırlanmasına görə Arzu Bağırovaya, onun rəhbərlik etdiyi RHİMİB-ə, həmçinin onun gözəl, işgüzar və türk dünyası sevdalısı komandasına təşəkkür edirəm. Bizə o qədər diqqət və qayğı göstərilir ki, heyətimizin üzvləri Azərbaycandan getmək istəmir”.
O da əlavə edildi ki, layihənin ikinci mərhələsində Azərbaycandan olan bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri reallaşacaq: “5 günlük həmin səfərin zəngin görüş və səyahətlə yaddaqalan olması üçün əlimizdən gələni edəcəyik. Çünki dediyim kimi biz burada xüsusi diqqət və qayğı ilə, uzun illər xatirimizdən silinməyəcək gözəl anlarla zəngin səfər proqramı ilə əhatı olunmuşuq”.
Mutlu Kılıçarslan , həmçinin “Onu da əlavə edim ki, qalib Azərbaycanda olamğın da bir başqa xoşbəxtliyi var. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə Türkiyədə də böyük sevinclə qarşılandı. Ümumiyyətlə, hesab edirəm ki, bu, bütün türk dünyasının zəfəri idi. Bu zəfər türk dünyasında yenidən şahlanışa təkan verdi. O zəfərdən, həmçinin və hörmətli dövlət başçıları Recep Tayyib Erdoğanla İlham Əliyevin qardaşlığından, qətiyyətindən güc alan türk dünyası hər keçən gün daha da güclənir və daha da dərindən inteqrasiya üçün inamlı addımlar atır”.