Son yeniləmə: 17 May 2024 08:52
BAYRAQDAR MEDİA – Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyi məlumat verilib.
Bildirilib ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər: “Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr edilmiş qısametrajlı videogörüntü təqdim olunub”.
Məlumata görə, tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.